Misirdə ağır yol qəzası: 13 nəfər ölüb, 34 nəfər yaralanıb
20.10.2026Misirin Qahirə – Asyut – Qərbi Səhra avtomobil yolunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, 34 nəfər yaralanıb.
Hakimiyyet.info.az Misir mediasına istinadla xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.











