İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı
29.10.2026İspaniyanın mərkəzində yerləşən Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir. İspaniyanın səhiyyə naziri Monika Qarsiyanın sözlərinə görə, Toledo əyalətindəki dörd xəstəxanaya çatdırılan təxminən 80 nəfərdən 15-nin vəziyyəti ağırdır.
AVE və “Iryo” qatarları oktyabrın 28-də səhər saatlarında Sevilya ilə Madrid arasında, Urda şəhərindəki stansiyada toqquşub. İlkin məlumata görə, Renfe qatarı Iryo qatarının son vaqonlarına çırpılıb. Nəticədə iki vaqon relsdən çıxaraq dəmir yolu sahəsindən aşağı düşüb.











