“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə imzalayacaq

“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə imzalayacaq

07.11.2026 Off By Füzuli İsmayılov

“Barselona” yarımmüdafiəçi Mark Bernalın müqaviləsinin müddətini artıracaq.

La Liqa nəhəngi artıq ispaniyalı futbolçu ilə razılıq əldə edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

19 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşdma gənc oyunçunun sərbəstqalma məbləği 500 milyon avro olacaq.

Qeyd edək ki, Mark Bernal “Barselona”nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Share