Fars körfəzində hücum nəticəsində BƏƏ şirkətinə məxsus gəmi zədələnib

Fars körfəzində hücum nəticəsində BƏƏ şirkətinə məxsus gəmi zədələnib

11.11.2026 Off By Füzuli İsmayılov

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fars körfəzindəki ərazi sularında baş verən hücum nəticəsində “ADNOC Logistics & Services” şirkətinə məxsus gəmi zədələnib.

Bu barədə şirkətin açıqlamasında bildirilib.

“ADNOC Logistics & Services” şirkəti noyabrın 10-da günorta saatlarında BƏƏ-nin Fars körfəzindəki ərazi sularında baş verən hücum nəticəsində gəmilərindən birinin zədələndiyini təsdiqləyib.

Bildirilib ki, hazırda ixtisaslaşmış qruplar hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

Qeyd edək ki, “ADNOC Logistics & Services” enerji sektoru üçün dəniz logistikası xidmətləri göstərən Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) struktur bölməsidir.

Share