İraqın sabiq prezidenti Səddam Hüseyni  satanlardan biri- 60 yaşlı Xudhur Əhməd Rauf Vəli İstanbulda peyda oldu

İraqın sabiq prezidenti Səddam Hüseyni satanlardan biri- 60 yaşlı Xudhur Əhməd Rauf Vəli İstanbulda peyda oldu

16.11.2026 Off By Füzuli İsmayılov

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin İHA nəşri araşdırma dərc edib. Bildirilir ki, beş dil bilən və vaxtilə pilot-general olduğunu bildirən Vəli 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsindən sonra təhlükəsizlik səbəbindən gizlənməyə başlayıb.

Onun sözlərinə görə, təxminən bir il gizləndikdən sonra ABŞ hərbçiləri tərəfindən tapılıb və həbs olunmamaq üçün onlarla əməkdaşlıq etməyə məcbur qalıb. Daha sonra İraqda evi hücuma məruz qalıb. Həmin hücum zamanı həyat yoldaşını itirdiyini bildirən keçmiş general İŞİD tərəfindən qaçırıldığını, işgəncələrə məruz qaldığını və barmaqlarının kəsildiyini də iddia edib.

311d8f3d 46a1 4d3c b5ce 2f7a504dcd27


Vəli İraqda olduğu müddətdə müxtəlif yerlərdə izlənildiyini və hücumlara məruz qaldığını deyərək 2013-cü il noyabrın 5-də ölkəni tərk etdiyini bildirib.

İraqdakı hərbi fəaliyyəti barədə danışan Vəli əvvəlcə Səddam Hüseynin qardaşı Vətban İbrahim əl-Həsənlə işlədiyini, daha sonra hərbi xidmətə başladığını söyləyib.

O, İran-İraq müharibəsi zamanı yaşananlardan da danışıb. Bildirib ki, İranla sərhəd ərazilərdəki mübahisələr və hərbi toqquşmalar nəticəsində çoxsaylı insan həyatını itirib.

Vəli 2013-cü ildə İraqı tərk etdikdən sonra əvvəlcə İstanbula gəldiyini, daha sonra Sivas şəhərinə göndərildiyini bildirib. Burada təxminən iki il yarım yaşayıb, dil biliklərindən istifadə edərək tərcüməçiliklə məşğul olub və bir müddət pərdə ustasının yanında çalışıb.

2017-ci ildə evləndikdən sonra yenidən İstanbula köçən Vəli Türkiyə vətəndaşlığı aldığını və adını Fatih olaraq dəyişdirdiyini deyib.

Hazırda İstanbulda avtomobil yuma və avtomobillərin cilalanması işləri ilə məşğuldur.

Keçmiş hərbi fəaliyyəti ilə indiki həyatını müqayisə edən Vəli bildirib ki, vaxtilə minə yaxın əsgər onun əmrlərinə tabe olub, 36 nəfərlik mühafizə dəstəsi olub.

Share