Rayon xəstəxanalarında koronavirusla bağlı həkimlər üçün təlimlərə başlanılıb (FOTO)
06.04.2020 [ad_1]
Bakı. Trend:
Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində regionlarda yerləşən Rayon Mərkəzi Xəstəxanalarının həkimləri üçün təlimlərə start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, aprelin 5-də Masallıda reanimatoloq, pulmonoloq, infeksionist və epidemioloqlardan ibarət qrupun koronavirusla mübarizəyə ayrılmış xüsusi xəstəxananın tibb personalı ilə nəzəri və praktik təlimləri baş tutub.
Təlimlər digər region xəstəxanalarında da davam etdiriləcək.











