İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib
06.04.2020 Off By adminMilli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan Trend-ə verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Qısa bioqrafiya: Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub.
O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə BakıDövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.
Evlidir, bir övladı var.
Redaksiyamız adından biz də İsmət müəllimi təbrik edirik!
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru Füzuli Əfqanoğlu
About The Author
1991-ci ildə BDU-nu bitirib.











