Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb
08.04.2020 [ad_1]
Bakı. Trend:
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1,4 milyon ötüb.
Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Məlumata əsasən, aprelin 8-i saat 00:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib.
Bildirilir ki, 209 minə yaxın insan yeni növ koronavirusdan sağalıb.











