Türkiyədən Fransaya qanunsuz yolla 767 min tibbi maska keçirənlər saxlanılıb
10.04.2020
Türkiyənin Yunanıstanla sərhəd ərazisində qanunsuz yolla xaricə tibbi maska, dezinfaksiyaedici vasitə keçirilənlər saxlanılıb.
APA-nın yerli bürosunun Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Türkiyənin İpsala sərhəd keçid məntəqəsində ağır tonnajlı yük avtomobilində 767 min tıbbi maska, 12 min antibakterial yaş salfet, 4080 əl dezinfeksiyaedici məhlul aşkarlanıb.
Araşdırma nəticəsində məlum olub ki, bu məhsulları qaçaq yolla Fransaya keçirmək istəyiblər.











