Gürcü nazir tibbi maska istehsalı üçün xammal göndərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava tibbi maskaların istehsalı üçün xammal göndərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Bu barədə Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir.
N.Turnava bildirib: “Gürcüstanda tibbi maskaların istehsalında xammalın tədarükündə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.
Nazir qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
Onun sözlərinə görə, Azərbaycanda müəssisələrdən biri xüsusi olaraq Gürcüstan üçün xammal istehsal edir: “Azərbaycandan gələn xammaldan istifadə edərək biz Gürcüstanda tibbi maskaların ilk partiyasını istehsal etdik”.











