Fransada sutka ərzində koronavirusdan 1,4 mindən artıq insan ölüb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Fransada yeni növ koronavirusdan (COVİD-19) ötən sutka ərzində 1,4 mindən artıq insan ölüb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.
J.Salomon bildirib: “Aprelin 15-i axşam saatları üçün ökədə 106 206 təsdiqlənmiş koronavirusa yoluxma halı var, koronavirusdan ölənlərin sayı 17 167 nəfər təşkil edir. Koronavirus epidemiyası hələ də aktiv mərhələdədir”.











