Fərid Qayıbov: Əminəm ki, Azərbaycan qlobal pandemiya sınağından layiqincə çıxacaq və təxirə salınmış idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edəcək – Prezident İlham Əliyevə məktub
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərib.
Trend Prezidentin saytına istinadla oxuculara məktubu təqdim edir.
Məktubda deyilir:
“Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə görülən operativ işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Bütün idman növlərində olduğu kimi, Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan gimnastları məşqlərini dayandıraraq xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxsin ruhdan düşməməsi və müsbət düşünməsi sayənizdə gələcəyə inamla baxmasından qaynaqlanır.











