Avropa İttifaqı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində qeyd edilib.
K.Yankauskas yazıb:
“Heydər Əliyev Mərkəzində dalğalanan Avropa İttifaqının bayrağı, Aİ və Azərbaycan arasındakı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.











