Azərbaycan koronavirus testlərinin sayını sürətlə artırdı

Azərbaycan koronavirus testlərinin sayını sürətlə artırdı

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycan koronavirus testlərinin sayını sürətlə artırdı”.

APA-nın məlumatına görə, bunu bu gün ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, nə qədər çox test keçirilirsə, bu, bir o qədər yaxşıdır.

“Hazırda Azərbaycanda 18 laboratoriya var. İki ay ərzində laboratoriyaların sayı 2-dən 18-ə çatdırılıb. Testlərin sayı ilə bərabər keyfiyyətinin artması üçün bu sahədə monitorinqlərin aparılması da önəmlidir”, – deyə o vurğulayıb.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, testlərin arxasında elmi protokollar, böyük iş durur: “Burada təcili tibbi yardım işçilərinə təlim keçirilməsindən tutmuş laboratoriyalara qədər böyük bir prosesdən söhbət gedir”.

Share