Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlanıb.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı açıqlayıb.
Onun sözlərinə görə, bunlar “Yeni klinika”, Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikasıdır:
“Yeni klinikada hazırda 100-dən çox xəstə müalicə alır: Onların içərisində ağır xəstələr üstünlük təşkil edir”.
TƏBİB sədri qeyd edib ki, Azərbaycanda COVID-19-un hansı genotipinin yayıldığını öyrənmək maraqlıdır:











