Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.
Trend-in məlumatına görə, bəyanat 2020-ci il aprelein 13-də Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş Assambleyasına ünvanladığı məktuba əlavə edilib.
Bəyanatda deyilir:
“Bu məktubla birlikdə Ermənistan qoşunları tərəfindən atəşkəs rejiminin pozulması ilə bağl Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının bəyanatını təqdim etməkdən şərəf duyuram. Bu məktubun və əlavəsinin Baş Assambleyanın gündəliyinin 32 və 37-ci maddələri üzrə sənədi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasına görə minnətdar olaram”.
Bəyanatda qeyd olunur ki, qoşunların təmas xəttindəki indiki gərginlik sülhün olmamasının və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılmasının zərurətinin növbəti ağrılı sübutudur:











