Avropa Komissiyası İtaliyadan üzr istədi
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen koronavirus pandemiyası fonunda Avropa İttfaqı ölkələrinin İtaliyaya vaxtında kömək edə bilməməsinə görə üzr istəyib.
Trend-in məlumatına görə, o, bu fikirləri Avropa Parlamentinin onlayn sessiyası zamanı səsləndirib.
Ursula Fon der Lyayen bildirib ki, heç kim buna hazır deyildi:
“Doğrudur ki, biz İtaliyanın köməyə ehtiyacı olan zaman cavab verə bimədik. Buna görə, bütün Avropa üzr istəyir. Amma üzrxahlıq o zaman qəbul olunur ki, siz davranışınızı dəyişəsiniz”.
O vurğulayıb ki, Avropa İttifaqı və Avropa Komissiyası artıq davranışını dəyişib və indiki şəraitdə Aİ-nin tərkibində günahkar axtarışlarını dayandırmaq lazımdır.











