Bakıda xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 15-dən aprelin 15-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini C.Əliyeva saxlanılıb.











