Avstriyada ahıllar evlərində koronavirusa görə testlər aparılacaq

Avstriyada ahıllar evlərində koronavirusa görə testlər aparılacaq

16.04.2020 Off By admin

Vyana, 16 aprel, AZƏRTAC

Koronavirus infeksiyasının ilk növbədə yaşlı əhaliyə mənfi təsirini nəzərə alaraq, Avstriyada bu risk qrupunda olan bütün sakinlərin testdən keçirilməsi barədə qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Federal Səhiyyə naziri Rudolf Anşober keçirdiyi brifinqdə təsdiqləyib. Qeyd edilib ki, ölkədəki 918 ahıllar evi və sosial himayə mərkəzlərində yaşayan 130 min şəxs test ediləcəklər.

Nazir, həmçinin əlavə edib ki, yaxın gələcəkdə ictimai iaşə obyektlərində çalışan şəxslər də belə testlərdən keçəcəklər. Testlərin sayının xüsusi risk qrupları üzrə artırılması zəncirvari yoluxma hallarının qarşısını vaxtında almağa və xəstəxanaların yüklənməməsinə şərait yaratmaqdır.

Qeyd edilməlidir ki, Avstriyada koronavirus infeksiyasına yoluxmuş 14416 daşıyıcıdan 7670 nəfər artıq sağalıb, 354 nəfər isə xəstəlikdən dünyasını dəyişib. Hazırda aktiv daşıyıcılardan (6392 nəfər) 1001 nəfər xəstəxana şəraitində müalicə olunur. Ölkədə indiyədək 156801 nəfər üzərində virusla əlaqədar test edilib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

AZERTAG.AZ :Avstriyada ahıllar evlərində koronavirusa görə testlər aparılacaq

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share