“Kartmane” sahibləri 50 min manatdan çox bonus qazanıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
2019-cu ilin dekabr ayında unikal üstünlüklərlə müştərilərə təqdim edilən “Kartmane” kartı, artıq öz sahiblərinə 50.000-dən çox bonus qazandırıb.
“APA-Economics”in banka istinadən verdiyi xəbərə görə, rahat bonus hesablama qaydası olan “Kartmane” kartında, bir bonus bir manata bərabərdir.
Bir çox üstünlüyü olan “Kartmane” kartı ilə müştərilər fərqli “cashback” növlərindən birini seçə bilərlər. Bu “cashback” növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-ə dək, kafe və restoranlardan 5% cashback o cümlədən bütün ödənişlərə 2% cashback kimi seçimlərdən birini seçərək, “Kartmane” sahibləri qazandıqları bonusları rahatlıqla “Rabitabank Mobil” tətbiqi vasitəsiylə hesablarına köçürə bilərlər.
Bununla yanaşı müştərilər “Rabitəbank”ın durmadan artan partnyor şəbəkəsində tam 25%-ə qədər əlavə cashback qazana bilər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Daha ətraflı məlumat və kart sifarişi üçün, https://rabitabank.com/kartmane linkinə daxil olaraq, tanış ola bilərsiniz.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.











