Sahibkarlara koronavirusla əlaqədar işçi ixtisarına yol verilməməsi haqqında XƏBƏRDARLIQ edilib
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib.
Nazirliyin xəbərdarlığında deyilir:
“Hörmətli vergi ödəyiciləri!
Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.











