Yasamalda 3 ailənin yaşadığı evdə yanğın olub
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan, bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən birinin yanar konstruksiyaları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











