Fransanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə məktub ünvanlayıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend-in məlumatına görə, məktubda deyilir:
“Cənab Azərbaycan Respublikasının Prezidenti.
Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.
Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.











