Tbilisidə teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, koronavirusla mübarizədə həmrəylik mesajı kimi qonşu ölkənin paytaxtında yerləşən ən hündür parkda – Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.











