Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı qeydiyyata alıb

Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı qeydiyyata alıb

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, ötən dövrdə bu sahədə fəaliyyəti tənzimləyən qanunvericiliyə əsasən müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən siyasi sistemin inkişafı yolunda genişmiqyaslı məqsədyönlü islahatlar həyata keçirilir.

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.

Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.

Share