İtaliya kubokunun yarımfinal oyunlarının günü açıqlanıb

İtaliya kubokunun yarımfinal oyunlarının günü açıqlanıb

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya kubokunun mümkün bərpa tarixi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarımfinalın cavab matçlarının mayın 27-də keçirilməsi planlaşdırılır.

Həmin gün “Yuventus” “Milan”ı, “Napoli” isə “İnter”i qəbul edə bilər. İlk görüşlər fevralın 12-13-də keçirilib. Neapollular səfərdə 1:0 hesabı ilə qalib gəlibsə, digər cütdə qollu heç-heçə qeydə alınıb – 1:1.

Qeyd edək ki, yarımfinalın cavab oyunları öncədən martın 4-5-nə planlaşdırılmışdı.

Share