Koronavirus Rusiyanın bütün regionlarında qeydə alındı
16.04.2020Koronavirusa yoluxma hadisəsi Rusiya Federasiyasının Altay Respublikasında da qeydə alındı. Bu, infeksiyanın olmadığı son region idi. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Altay Respublikası hökumətinin məlumatında koronavirusa Onquday rayonunda bir qadının yoluxduğu bildirilib. Onun əlaqədə olduğu şəxslərin üzə çıxarılaraq müayinə edilməsi istiqamətində iş aparılır.
Altay Respublikasının əhalisi təqribən 218 min nəfərdir.











