“MOL Group” şirkəti Azərbaycanın neft-qaz yataqlarının səhmlərinin alqı-satqısını başa çatdırıb
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin alınması ilə bağlı “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline Ltd” şirkətləri ilə sazişi uğurla başa çatdırıb.
Bu barədə Trend “Mol Group” a istinadən xəbər verir.
Beləliklə, “Mol Group” AÇG-nin səhmlərinin 9,57, BTC-nin səhmlərinin isə 8,9 faizini əldə edib.
Ümumi əməliyyatın məbləği 1,57 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayında Macarıstanın MOL şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri – Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb.











