Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Tbilisi teleqülləsində Gürcüstan-Azərbaycan dostluğu və həmrəyliyini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı Gürcüstana minnətdarlığını bildirib.
Hakimiyyet.com bildirir ki, paylaşımda deyilir:
“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”












