İstanbulda iki metrobus toqquşub, 4 nəfər yaralanıb
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İstanbulun Avcılar bölgəsində iki metrobus toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İstanbul Böyük Şəhər Bələdiyyəsinin təsisat dayanacağında qeydə alınıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











