Qazaxıstanda “MİQ-31” təyyarəsi qəzaya uğrayıb
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Qazaxıstanın Karaqanda vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya uğrayan “MİQ-31” təyyarəsinin ekipajı katapult edib.
Təyyarənin ekipajı sağdır.
Qəza mühərriklərdən birində baş vermiş yanğın nəticəsində yaranıb.











