Beynəlxalq Avtomobil Federasiyasının sabiq prezidenti Formula 1-də mövsümün başlanmasının əleyhinədir
16.04.2020Bildirib ki, vəziyyətin düzələcəyini gözləməyin özü də riskdir. Heç kim bundan xeyir görməyəcək. Mövsümün iyulda başlanacağına qətiyyən təminat vermək olmaz. Əksinə, mövcud vəziyyətdə iyulda risk altındadır. Qərarı indi qəbul etmək lazımdır. Bu məqamdan istifadə edib strukturu dəyişmək və gələcək yarışların təşkilati məsələlərində yeniliklər etmək lazımdır. Məhz bu yolla möhkəm maliyyə bazası formalaşdırmaq olar.











