Argentina hökuməti: Biz mayın sonuna kimi futbolsuz qalacağıq
16.04.2020Argentinanın idman naziri Matias Lemmens bildirib ki, COVID-19 pandemiyasına görə martın 20-dən elan edilmiş məcburi karantin rejimindən ən sonda çıxacaq tədbirlərdən biri futbol olacaq.
AZƏRTAC xəbər verir ki, Argentina hökuməti martın 17-də, yəni məcburi karantinin başlanmasından üç gün əvvəl bütün futbol yarışlarının dayandırılmasını elan edib.
Keçən həftə hökumət koronavirus pandemiyası nəticəsində maliyyə çətinlikləri ilə qarşılaşan şirkətlərə və klublara yardım tədbirləri təklif edib.
Matias Lemmens deyib: “İnamla proqnoz vermək çətindir, amma mən hesab edirəm ki, biz mayın sonuna kimi futbolsuz qalacağıq”.











