S&P dünya ÜDM-in 2.4 faiz azalacağını proqnozlaşdırır
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Beynəlxalq S&P agentliyi dünya ÜDM-in 2020-ci ildə 2.4 faiz azalacağını proqnozlaşdırır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyin saytında xəbər verilib.
Mart ayının S&P proqnozunda dünya ÜDM-in 0.4 faiz artacağı, ABŞ və Avrozonanın iqtisadiyyatlarında isə müvafiq olaraq 1,3 faiz və 2 faiz azalma gözlənilirdi.
“COVID-19-un iqtisadi nəticələri uzanır və gözləniləndən daha çox intensivləşir, makroiqtisadi proqnozlarımızı yenidən endirdik. Bu il dünya ÜDM-in 2,4 faiz azalacağını proqnozlaşdırırıq, ABŞ və Avrozona iqtisadiyyatları isə müvafiq olaraq 5,2 və 7,3 faiz azalacaq”, – məlumatda deyilir.
Agentlik dünya iqtisadi artımın 2021-ci il üçün 5.9 faiz, 2022-ci il üçün isə 3.9 faiz olacağını proqnozlaşdırır.











