Naftalanda baş vermiş yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Naftalan şəhərində yanğın baş verib.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yataq dəsti və xalça yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











