Türkiyədə koronavirus qurbanlarının sayı 1643-ə yüksəldi
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə koronavirus qurbanlarının sayı artmaqda davam edir.
bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 125 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 4801 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 1643-ə, infeksiyaya yoluxma halı isə 74 193 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1415 nəfər təşkil edir.











