Yaponiyanın Naha hava limanında partlamamış mərmi aşkar edilib
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Yaponiyanın cənubundakı Naha hava limanının işçiləri təmir işləri zamanı uçuş-enmə zolağının yaxınlığında partlamamış mərmi tapıblar.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın ictimai ieleviziyası məlumat yayıb. Hava limanında mərminin aşkarlanması ilə əlaqədar olaraq uçuş cədvəli dəyişdirilib.
Bildirilir ki, Naha aeroportunda amerikan hərbi hava qüvvələrinin bazası yerləşir.











