Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb
16.04.2020Bu ilin ilk üç ayında ölkədən 16,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məmulatların dəyəri isə 11,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 11,5 milyon dollarlıq 22,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.











