Koronavirusa yoluxanların sayı 2,1 milyonu ötdü
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dünyada koronavirusa yoluxanların sayı hər gün artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikasına görə, pandemiyaya yoluxanların sayı 2 milyon 100 mini ötüb.
Hazırda Covid19-a ən çox yoluxma halları ABŞ (644 417), İspaniya (182 816) və İtaliyada (165 155) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 69 392 nəfər yoluxub, 1 518 nəfər ölüb. İranda isə 77 995 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 869 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.











