Müğənninin 19 yaşlı oğlu evlənib – Fotolar
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Иванушек International” qrupunun solisti Kirill Andreyevin 19 yaşlı oğlu evlənib.
Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toydan fotonu atası ilə eyni adı daşıyan kiçik Kirill İnstaqramında paylaşıb. O, toyun 3 ay əvvəl baş tutduğunu bildirib.
Bir müddətdir sevgili olduğu Adelina ilə münasibətlərini rəsmiləşdirən Kirill “Sevgim, günəşim, işığım… Toydan 3 ay keçdi. Həmin günü ən xırda amillərinə qədər xatırlayıram. Atamla anamın sevgisi mənə örnək oldu və eynisini yaşamaq istəyirəm. Həyat yoldaşım – səni sevirəm” sözlərini yazıb.
Qeyd edək ki, Kiril və Lolita 20 ildir ailəlidir.











