Xəyyam “bir əldə üç qarpız tutur”
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Müğənni Xəyyam Nisanov karantin günlərini müxtəlif dərslər almaqla keçirir.
o, bu barədə İTV-də yayımlanan “Gəl, qonaq ol” verilişində danışıb.
Sənətçi bildirib ki, onlayn muğam, vokal və ingilis dili dərsləri alır:
“Neçə ildir ki, ingilis dili öyrənmək istəyirdim, amma vaxt tapmırdım. Artıq belə bir fürsət yaranıb”.
Qeyd edək ki, X.Nisanova muğam dərslərini isə Əməkdar müəllim Qəzənfər Abbasovdan alır.











