Son bir gündə Almaniyada koronavirusdan 299 nəfər ölüb
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Almaniyada son sutkada daha 3380 nəfər koronavirusa yoluxub.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bununla da bu ölkədə virusa yoluxanların sayı 133830-a çatıb.
Son bir gündə Almaniyada koronavirusdan 299 nəfər ölüb. Ümumilikdə bu ölkədə virus qurbanlarının sayı 3868 nəfər təşkil edir.
İndiyədək Almaniyada koronavirusdan 81800 nəfər sağalıb.











