"Koronavirus bir il insanların həyatından çıxmayacaq"
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirusun nə vaxt bitəcəyini dünyada heç kim bilmir:
“Mən də bunu bilmirəm. Bu, yeni bir xəstəlikdir, hələ yeni öyrənirik. Amma növbəti bir il ərzində də bu virusu həyatımızda hiss edəcəyik”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir:
“Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.











