Saatlıda pambıq zavodunun işçisini avtokar vurdu
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Saatlı rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki “P-Aqro” MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.
Orada Zeyniyev İlham Zahir oğlu idarə etdiyi avtokarla zavodda kiptikən işləyən 1969-cu il təvəllüdlü Abasova Şəhla Nəriman qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.











