Ukraynada son sutkada koronavirusa daha 501 nəfər yoluxub
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ukraynada son sutkada koronavirusa daha 501 nəfər yoluxub.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 4662-yə çatıb. Ukraynada koronavirusdan 126 nəfər dünyasını dəyişib, 246 nəfər sağalıb.










