Məşhur serial final edir?
16.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Baş rollarını İbrahim Çelikkol ilə Demet Özdemirin paylaşdığı “Doğduğun Ev Kaderindir” serialının finala hazırlaşdığı iddiaları irəli sürülüb.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorlar İnstaqramda canlı yayımda deyilənlərə münasibət bildiriblər.
Məsələ ilə bağlı sualları cavablandıran Çelikkol “Serialımız davam edəcək. Çəkiliş məkanına gedəcəyim günü səbirsizliklə gözləyirəm. Serialımızı çox sevirik. Mən Zeynep də, Demeti də çox sevirəm” sözlərini deyib.
Demet isə “Tamaşaçılar hər şeyi atıb getdiyimizi düşünməsin. Canlı yayıma qoşulmağımızın səbəbi də bununla bağlı açıqlama vermək idi” deyə, əlavə edib.











