Avropanın avtomobil bazarı son 30 ilin antirekordunu təzələyib
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu ilin mart ayında Avropada avtomobil satışları illik müqayisədə 52% azalaraq 30 ilin antirekordunu təzələyib.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Avropa Avtomobil İstehsalçıları Birliyi (AAİB) ötən ay 853 077 avtomobil satıldığı və satışlarda ən böyük azalmalar “Fiat” markalı avtomobilləri istehsal edən “FCA Group”da (-74%) və “Peugeot” avtomobillərinin istehsalçısı “PSA Group”da (-67%) olduğunu bildirib. Qeyd edilir ki, satışların kəskin azalmasından ən az təsirlənən “Volvo Corp.’s” (-35%) olub.
Satışların azalmasının əsas səbəbi kimi, Avropa bazarlarının çoxunun koronavirus pandemiyasına görə bağlı olması və təcrid rejiminin davam etməsi göstərilir.











