Gübrə idxalı azalıb
17.04.2020Yanvar-mart aylarında ölkəyə 65,4 min ton gübrə idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən gübrənin dəyəri 18,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə dəyəri 28,9 milyon dollar olmaqla 87,2 min ton gübrə idxal edilib.











