WEF prezidenti: Peşəkar jurnalistika "feyk nyus" epidemiyası ilə mübarizədə vacib rol oynayır

WEF prezidenti: Peşəkar jurnalistika "feyk nyus" epidemiyası ilə mübarizədə vacib rol oynayır

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Peşəkar jurnalistika bütün dünyada COVID-19-dan başqa bir “virusa”, bu gün geniş yayılan, narahatlıq və qarışıqlıq yaradan, ictimaiyyətin alınan informasiyaya etimadını sarsıdan “feyk nyus” (saxta xəbər) virusuna qarşı mübarizədə yardım edir.

Trend-in məlumatına görə, bunu “The Straits Times” (Sinqapur) qəzetinin baş redaktoru Trend BİA və Azernews-un assosiastiv üzvü olduğu Ümumdünya Xəbər və Qəzet Assosiasiyasının (WAN-IFRA) Beynəlxalq Redaktorlar Forumunun (World Editors Forum) prezidenti Uorren Fernandes deyib.

O bildirib ki, koronavirus dünyada sürətlə yayıldığı, milyonlarla insanı yoluxdurduğu, on minlərlə insanı öldürdüyü bir vaxtda, şəhərlərin karantinə bağlanması, sosial özünütəcrid, dolu xəstəxanalar barədə xəbərlər ən çox oxunan xəbərlər sırasına daxil olur:

“Çoxlu sayda informasiya fonunda peşəkar redaksiyalar doğru kontent təqdim edir. Onlar, həmçinin ictimaiyyətə “feyk nyus virusunun yayılması ilə mübarizədə kömək edirlər. Bəzi jurnalistlər iş başında koronavirusa yoluxub. Bir sıra redaksiyalar iş prosesini məsafəli rejimə keçirib. Bəziləri maliyyə öhdəliklərini yerinə yetirmək və əməkdaşlara əməkhaqqı vermək iqtidarında olmaya bilər”.

U.Fernandes qeyd edib ki, yen sorğulara əsasən, reklam həcmləri 30-80 faiz azalr. KİV-lərin tədbirlərindən gəlirlər azalıb, çünki sosial təcrid tədbirləri tətbiq edilir. Həmçinin bir çox redaksiyalar pandemiya ilə bağlı kontenti daha sərbəst edib ki, bu da abunə gəlirlərinin artırılması imkanlarını azaldır:

Share