Vüqar Rəhimzadə: Bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi ilə yadda qalıb
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
AXCP-də diktatura hökm sürür, partiyanın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir. AXCP-dən istefa verən şəxslərin hamısı Əli Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Sıravi cəbhəçilər belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Əli Kərimlinin şəxsi maraqlarına xidmət edir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında söyləyib.
O bildirib ki, AXCP sədri Əli Kərimlinin bir qayda olaraq mənəviyyatsız üsullarla mübarizə aparması artıq heç kimə sirr deyil. “Demokrat” donuna bürünərək min bir oyundan çıxan Əli Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər ortadadır:
“Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz üzdəniraq “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və anti-milli fəaliyyətindən dəfələrlə söz açıblar. Doğrudur, bu antimilli ünsür formal olaraq AXCP sədri olsa da, o, bu gün xalq arasında daha çox bloger funksiyasını yerinə yetirən qaragüruhçu kimi tanınır. “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda başqa “Youtube” tv-lərə müsahibə verən bu anti-milli ünsür yalnız və yalnız ictimai rəyi çaşdırmağa, siyasi dividend əldə etməyə və əlbəttə ki, xarici qrant təşkilatlarının diqqətini çəkməyə çalışır”.
“Bu gün yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı”, – deyən Vüqar Rəhimzadə əlavə edib ki, ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi:











